Sumqayıt şəhər Ağsaqqalar Şurası ilə Sumqayıt şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın birgə yığıncağı keçirildi.
Sumqayıt şəhər Ağsaqqalar Şurasının İdarə Heyətinin üzvləri ilə Sumqayıt şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvlərinin birgə yığıncağı keçirildi. Yığıncaq İctimai Şuranın təşəbbüsü ilə Ağsaqqallar Şurasının akt zalında reallaşdı.
Sumqayıt şəhər Ağsaqqalar Şurasının yeni seçilən sədri, Sumqayıtın tanınmış simalarından olan dəyərli ziyalımız Eldar İsmayılov seçildiyi gündən ötən üç ay ərzindəki fəaliyyətləri haqqında məlumat verdi. Bu qəbildən olan görüşlərin şəhərimiz və şəhər sakinləri üçün mühüm əhəmiyyət kəsb etdiyini və faydalı olacağını vurğuladı.
Sumqayıt şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, şəhərdə hamının yaxşı tanıdığı və sayğı göstərdiyi Hümbət Quliyev İctimai Şuranın yarandığı gündən bu günə qədərki fəaliyyətinin bəzi məqamlarına diqqət çəkdi və bundan sonrakı birgə fəaliyyətin əhəmiyyətindən danışdı.
Çıxış edənlər — Sumqayıt şəhər Veteranlar Şurasının sədri, hörmətli ağsaqqalımız, şəhid atası Sovet Şükürov, İctimai Şuranın üzvü, Sumqayıt Cümə məscidinin axundu Hacı Rauf Sərdarov, İctimai Şuranın üzvü, Azərbaycan Yazıçılar Birliyində Multikultural məsələlər üzrə məsul şəxs, şairə Xatirə Fərəcli, İctimai Şuranın üzvü, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri, Əməkdar jurnalist Rafiq Oday, İctimai Şuranın üzvü, Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin, İctimai Şuranın üzvü, Qartal Tikinti Firmasının direktoru, tanınmış iş adamı Şahin Məmmədov və digərləri hər iki Şuranın gələcək fəaliyyətləri ilə bağlı təkliflər irəli sürdülər.
Çıxışlarda respublikamızda, o cümlədən Sumqayıt şəhərində həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işlərinə güzgü tutuldu, insanların sosial-rifah halının yaxşılaşması istiqamətində atılan addımlar yüksək qiymətləndirildi. Həmçinin şəhər sakinlərini narahat edən bəzi problemlərin həlli yolları araşdırıldı.
Səmərəli keçən fikir mübadiləsindən sonra xatirə şəkilləri çəkildi.
