Almaniyada fəaliyyət göstərən “Qürbət yanğısı” jurnalının 7-ci sayı Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anara həsr olunub. Xüsusu buraxılışda Türk dünyası aydınlarının Anar haqqında yazıları, fikirləri toplanıb. Jurnalın baş yazarı İdris Halup Kasapın “Bir koca ömür millet, türklük və edebiyat hizmetinde” yazısı ilə başlayan eksayında Anar haqqında fikirlərlə yanaşı Anarın Türk dünyası tədbirlərindəki çıxışları da yer alıb.
