AYB-də Aliyə Əzizgülün kitablarının təqdimatı oldu

05.03.2025-tarixində Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda gənc yazıçı, şair, publisist, pedoqoq Aliyə Əzizgülün ön sözü və redakdası Pünhan Sədaya aid “Həsrətin izi”adlı kitabı və ön sözü Südabə Sərviyə, redaktəsi Nəcibə İlkinə aid “Gözlərimin qibləsi” adlı kitablarının təqdimat mərasimi keçrildi.

İlk öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbirin açılışını AYB-nin katibi İlqar Fəhmi açaraq tədbiri aparmaq üçün AYB-nin məsul işcisi Südabə Sərviyə həvalə etdi. Gənc yazarın doğum günündə təşkil olunan bu tədbir oxucular tərəfindən böyük coşğuyla qarşılandı.

Tədbirdə bir çox tanınmış qələm sahibləri, akademiklər, alimlər, jurnalistlər, şəhid anaları və qazilər iştirak etdi.Çıxış edən ziyalılar,söz adamları, poeziya vurğunları kitab haqqnda xoş təsuratlarını bölüşərək gənc yazara uğurlar arzuladılar. Və sonda xatirə şəkilləri  çəkildi.

Onu da qeyd edək ki, yazıçı, şair, publisist Aliyə Rasim qızı Rzayeva Əzizgül qədim Qarabağda Füzuli torpağında anadan olub. İxtisasca müəllimdir, hazırda mədəniyyət sahəsində çalışır. AYB nin üzvüdür. Onun yazıları müxtəlif vaxtlarda mətbu orqanlarda “Kredo”, “Kaspi”, “Ədalət”,  “Azad qələm” və digər qəzet, jurnal və antologiyalarda çap olunub. “Zəfər səlnaməsi” məqaləsi Fransada yüksək qiymətləndirilmişdir. O ədəbiyyatın müxtəlif janrlarına müraciət edərək, şeirlər, qəzəllər, bayatılar, hekayələr və məqalələrin müəllifi olmuşdur. Bir çox mükafatlarla təltif olunmuşdur. 2022-ci ildə ilin  “Yazıçı-Şairi” mükafatına layiq görülmüşdür.