“Pain and Joy of My Soul” kitab almanaxı çapdan çıxıb.

“Mədəni İnkişafın Təbliği” İctimai Birliyi  Azərbaycan Respublikasj Mədəniyyət Nazirliyinin maliyyə yardımı ilə ədəbiyyatımızın, mədəni irsimizin dünyada tanıdılması məqsədi ilə “Dünyada biz” layihəsini uğurla davam etdirir.

Layihədə nəzərdə tutulan   “Pain and Joy of My Soul” kitab almanaxı çapdan çıxıb.  Kitabın rəssamı Zahir Məlikli, tərcüməçilər  İan Pert, Kamran Nəzirli, Ülviyyə Şaqavatovadır.  Xatirə Fərəclinin şeirləri ingilis  dilinə tərcümə edilib. Kitabın redaktoru Samirə Şaqavatovadır.

 Layihənin əsas məqsədi “Dünyada biz” layihəsi ilə Azərbaycanımızı, onun ədəbi və mədəni irsini dünyaya daha da tanıtmaqdır.

İngilisdilli oxucular üçün hazırlanacaq kitab-almanaxın təqdimatı  24 may saat 14.00-da Azərbaycan Yazıçılar birliyinin Natəvan klubunda keçiriləcək, qalan kitablar  isə kitabxanalara paylanılacaq.


Məlumat üçün qeyd edək ki, layihənin icrasının 2 ay (01.04-31.05.2024) müddətində  olmaqla Bakı və Sumqayıt şəhərlərində həyata keçirilməsi nəzərdə tutulub.

“Mədəni İnkişafın Təbliği” İctimai Birliyinin

                                                        mətbuat xidməti.