Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 22 may 2019 cü il tarixli 237 nömrəli qərarına əsasən, “Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikati almış şəxslərin dövlət reyestrinin aparılması qaydaları” təsdiq edilmişdir.
Bu günlərdə təşkilatların Baş mühasibləri, məlum Qərara əsasən, Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi “Peşəkar mühasib sertifikatı” imtahanında iştirak etmişlər. Ümumilikdə imtahanlar 3 istiqamət: MHBS, KOS MHBS və İS MUBS üzrə keçirilmişdi. Sevindirici haldır ki, “Xeropc” MMC-də “Baş mühasib” vəzifəsində çalışan, “Barattson” tələbəsi olan Ramiq Şaqavatov “PMS I mərhələ KOS üçün MHBS” imtahanında göstərdiyi ən yüksək nəticəyə görə RESPUBLİKA BİRİNCİSİ olmuşdur.
Bu münasibətlə, Ramiq bəyi ürəkdən təbrik edir, ona yeni-yeni uğurlar diləyirik!
Aygün Hacıyeva