Şeir: Şeyit-Xanum Alişova

Hədiyyə

Ad günü – həyatımın başlanğıc günü,
Parlaq, təntənəli keçməlidir
bu günüm…
Dostlarımdan eşitdim ki,
getmisən hədiyyə almağa,
nə axtarırsan orda?
Anlamıram,
donluq parçamı seçirsən yoxsa?
Nə alsan qəbulum,
nə alsan dəyərlidir mənə.
Lakin
bütün bunlar mənasız.
Əgər sevirsənsə,
bu günü
mənimçün gözəlləşdir, parlat,
rəng qat mənim bu günümə.
Ən gözəl hədiyyə özünsən,
özünü gətir mənə!

Rus dilindən tərcümə etdi: Xatirə Fərəcli