“İlham çeşməsi” elmi-ədəbi məclisi 2023-cü ildə yaradılmışdır və bu məclisdə Xaçmaz və ətraf rayonlardan olan şair və yazıçılar fəaliyyət göstərirlər. Dekabrın 13-də baş tutan məclis “İlham çeşməsi” ədəbi almanaxının ikinci nüsxəsinin təqdimatına həsr olunmuşdur.
Təqdimatda məclis üzvləri ilə yanaşı mədəniyyət işçiləri və müəllimlər də iştirak edirdilər. Sevindirici haldır ki, məclis üzvləri arasında gənclər də var. Onlar məclisə yeni abu-hava gətirmiş və hər biri öz dəsti-xətti ilə fərqlənmişdir.
Məclisin məşğələlərində müəllimlər, məktəblilər, bədii qiraət ustaları, aktyorlar, rəssamlar və ictimaiyyət yaxından iştirak edir. Əksər şairlərin kitabları vardır, onların əsərləri dövri mətbuatda mütəmadi olaraq çap olunur.
Son bir ildə məclisə gənc şairlər qoşulmuş, yeni nəfəs və yeni abu-hava gəlmişdir. Gənc yazarların hər birinin öz dəsti-xətti vardır.
Ədəbi məclis Dövlət Himninin səsləndirilməsi ilə başlamış, Ulu Öndərin və şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir. Böyükağa Ağa yeni almanax münasibətilə üzvləri təbrik edərək onlara uğurlar arzulamışdır. İştirakçılar çıxışlarında xoş sözlərini və yeni ideyalarını səsləndirmişlər.
Sonda kitab sərgisinə baxış keçirilmiş, qonaqlara imzalı kitablar təqdim olunmuşdur.
P.S. Sevindirici haldır ki, məclis üzvlərindən bir neçəsi AYB üzvüdür.
“İlham çeşməsi” ədəbi məclisi təkcə şimal bölgəsində deyil, ölkə miqyasında da tanınır.
Yazıçı Məhərrəm Mustafanın hekayələri ibtidai sinif dərsliklərinə salınmışdır. Məclisin digər üzvü Nəzər Mirzəyevin “Fəlakət konfetləri” pyesi Xaçmaz Rayon Xalq Teatrı tərəfindən səhnələşdirilmişdir.
Gülxar Rəhimli
AJB-nin üzvü




