N. Nərimanov adına Mədəniyyət Evinin tabeliyində olan Şəhər Mədəniyyət Evi və Sumqayıt Tarix Muzeyi 27 sentyabr Anım günü ilə bağlı “Zəfər tarixinin şəhidləri”adlı ədəbi-bədii gecə keçirib.Tədbir Azərbaycan Respublikasının Dövlət Himninın səslənməsi ilə başlanıb. Aparıcı Azərbaycan Yazıçılar Birliyində Multikultiral məsələlər üzrə məsul şəxs, şairə Xatirə Fərəcli 2020-ci il Vətən müharibəsi şəhidləri snayper- kəşfiyyatçı Elçin Zamin oğlu Hüseynov və əsgərlər Rauf Məhərrəm oğlu İbadov və Tərlan Müşfiq oğlu Məmmədovun həyat və döyüş yolları haqqında məlumat verib, şəhidlərə aid şeirlərini söyləyib. Şəhidlər haqqında videoçarxlar nümayiş olunub. Şəhid Rauf İbadovun çəkdiyi vətənpərvər mövzunda rəsm işlərindən ibarət sərgi təşkil edilib. Tədbirdə Şəhər Mədəniyyət Evinin direktoru Rəşidova Elnarə, Tarix Muzeyinin direktoru v.m.i.e Namiq Əliyev,şəhidlərin valideynləri çıxış edib.
Müğənnillər Xəyal Cəbrayıllı, Zaur Yusifli şəhidlərə aid mahnılarla, Kamilə Ağasiyeva
S. Rüstəmxanlının “Zəfər nəğməsi” şerilə, Əlipaşa Paşayev isə “Əsgər məktubu “adlı kompozissiya ilə çıxış ediblər. Şəhər Mədəniyyət Evinin rəssamlıq kursunun üzvləri vətənpərvər mövzusunda şəkillər çəkiblər.
















