Şeirlər:  Eynulla Xeyrullayev

Yaşa Dünya.

Yaşa dünya!,

Doğsun günəş hər səhər,

Axşam qürub eyləsin,

Gəlsin yazın, baharın

                                Açsın gülü, çiçəyi

Döyünsün rahat-rahat sevgilimin ürəyi.

Yaşa dünya!, bulaqların çağlasın,

Çayların şırıl-şırıl,

                             Dənizlər ləpə-ləpə.

Sığallayım yarımı, oxşayım öpə-öpə.

Yaşa dünya !

Quşların kəsilməsin nəğməsi,

Yağsın yağışlar narın,

Yaşıl meşə dağların,

Zirvəsində var qarın.

Heç üzülməsin.

Sənə ümid itməsin.

Yaşa dünya mənim sevgilim üçün.

                       Səni sevdiyim üçün.

lalə

Qışın oğlan çağında qar icində bitən lalə,

Sən tələsdin, mən gecikdim

 Gör yolumu harda kəsdin?

Qışın oğlan çağında qar icində bitən lalə,

Yanağın al,  gözün qarə

Saldın məni  gör nə halə.

Qışın oğlan çağında qar icində bitən lalə,

Vaxtsız  gələn  baharımsan

De,  köksümdə qalarmısan?

Qışın oğlan çağında qar icində bitən lalə,

Alışıram, odlanıram

Bax başına dolanıram.

Qışın oğlan çağında qar icində bitən lalə,

Könlüm olub parə-parə,

 Bu sevdaya  yoxmu  çarə?

Qışın oğlan çağında qar icində bitən lalə,

Saldın məni gör nə halə.

Eynulla Xeyrullayev