Yaşa Dünya.
Yaşa dünya!,
Doğsun günəş hər səhər,
Axşam qürub eyləsin,
Gəlsin yazın, baharın
Açsın gülü, çiçəyi
Döyünsün rahat-rahat sevgilimin ürəyi.
Yaşa dünya!, bulaqların çağlasın,
Çayların şırıl-şırıl,
Dənizlər ləpə-ləpə.
Sığallayım yarımı, oxşayım öpə-öpə.
Yaşa dünya !
Quşların kəsilməsin nəğməsi,
Yağsın yağışlar narın,
Yaşıl meşə dağların,
Zirvəsində var qarın.
Heç üzülməsin.
Sənə ümid itməsin.
Yaşa dünya mənim sevgilim üçün.
Səni sevdiyim üçün.
lalə
Qışın oğlan çağında qar icində bitən lalə,
Sən tələsdin, mən gecikdim
Gör yolumu harda kəsdin?
Qışın oğlan çağında qar icində bitən lalə,
Yanağın al, gözün qarə
Saldın məni gör nə halə.
Qışın oğlan çağında qar icində bitən lalə,
Vaxtsız gələn baharımsan
De, köksümdə qalarmısan?
Qışın oğlan çağında qar icində bitən lalə,
Alışıram, odlanıram
Bax başına dolanıram.
Qışın oğlan çağında qar icində bitən lalə,
Könlüm olub parə-parə,
Bu sevdaya yoxmu çarə?
Qışın oğlan çağında qar icində bitən lalə,
Saldın məni gör nə halə.
Eynulla Xeyrullayev
