Şeirlər: Qəmbər Ağayev Bu sevgi Kəbə yoludur

Bu sevgi Kəbə yoludur

Səfa sənin, cəfa mənim.

Bu müqəddəs ziyarətdə

Merac sənin, dua mənim.

Bu məhəbbət sönməz ocaq

Közü sənin, külü mənim.

Bu xoşbəxtlik məbədinin

Içi sənin, çölü mənim.

Bu sevgi vüsal qapısı

Sənə açıq, mənə bağlı.

Bir ömürdür həsrətdəyəm

Gözüm yolda, qəlbim dağlı.

Ürəyimdə dan sökülür

Günəş sənin, bulud mənim.

Sevəcəyəm ta ölüncə

Insaf sənin, ümid mənim.