Ruhun ağrı-acısını bəlli edən

Ruhun ağrı-acısını bəlli edən, duyğuların təbii instinktiv duyğusudur.

Qəlbin ruhi dərinliyindəki duyğusallığın könül açılımı, Sözün həyat fəzilətini aydına çıxarır.

Xatire Ferecli nin lirikasının həyat ruhunda olan sevginin fəziləti , özünün idraki-ruhi həyat duyumu ilə Sözün əsl alqısını yaşatdırır insana.

Ruhumda bir «ağri» var ,

Boy verir ,- «Sən» adında !

Ağrıdan , «pay» verənim,

Qalmışammı, yadında ?!

Qyğıların həyat üzündə, insanın könül sevgisinin gözəlliyi var.

Xatirələrin həyat ruhu, həmişə insanın ruh dünyasının həyat obrazını yaradır.

Duyğuların sorğulanması insani münasibətlərin dərin təmasını ortaya qoyur.

Xatirə Fərəclinin lirikasının həyat ruhunda hisslərinin daha aydın görünərliyi var .

….

«Sən»də, ilişib qalmaq,

Xatirələrə dalmaq..

Mənəmi düşdü yanmaq?

Bu sevginin odunda !

….

Ürəklə sevənlərin yaşadığı həyat tərzi, İctimai həyatın onurunu üzə çıxardır.

Həyat ruhu ilə bütövləşir, insanın könül dünyasının ucalığı.

Sevdalı könüllərin həyat dərdlərinin metaforası ,onun həyati inamının dürüstlüyünə yol açır.

Xatirə Fərəclinin lirikasının həyati kreativliyi fikir mübadiləsinin idraki fəlsəfi anlamını könüllərə daşıyır.

….

Ürəyinə «sindin»mi?

«Görüş- baxış» dindinmi ?

Məni tapa bildinmi ?

Görüşdüyün qadında ?!

..

Vəfa ilə həmahənglik, insanın könül sevgisinin həyat axtarışını gücləndirir.

Düşündürücü həyat alqısı, ruhun emosional duruşunu sərgiləyir..

İstəyin ruhi-psixoloji eyforiyası, özünün həyati səmimiliyi ilə seçilməkdədir..

Xatirə Fərəclinin lirikasının, həyat ruhu olduqca kövrəldicidir.

Şairənin könül erudusiyasının genişliyi, onun həyat fitrətinə bağlılığını göstərir..

Uğurlar arzulayıram Şairə xanıma.

 Nəsib Abid

Filoloq