Rusiyada Federasiyasında keçirilən Beynəlxalq Ədəbiyyat Festivalında Azərbaycan təmsil olunub

23 may 2025-ci il  Moskva vaxtı ilə saat 14-də  Rusiya Federasiyası Arxangelski  şəhərində  Beynəlxalq Ədəbiyyat Festivalı keçirilib. Festival çərçivəsində  “Milli dəyərlərin qorunmasında ədəbiyyatın rolu” («Роль литературы в системе сохранения традиционных ценностей») mövzusunda dəyirmi masa təşkil olunub.   Bir çox xarici ölkələrdən nümayəndələrin iştirak etdiyi dəyirmi masada Azərbaycan Yazıçılar Birliyini  Xatirə Fərəcli onlayn  təmsil edib.  Azərbaycan Yazıçılar Birliyində Multikultural məsələlər üzrə məsul şəxs, şair Xatirə Fərəcli  “Milli-mənəvi dəyərlər və ədəbiyyat” («Национально- моральные ценности и литература») mövzusunda çıxış edib.  Çıxış çox maraqla qarşılanıb.