Azərbaycan Respublikasının Qeyri-Hökumət
Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Mədəni
İnkişafın Təbliği ” İctimai Birliyi “Ürəyimdə sözüm var şeir müsabiqəsi ”
layihəsi çərçivəsində kitab dərc edib. Kitab “Ürəyimdə sözüm var” adlanır.
Kitabda 30 məktəbli şagirdin 07 oktyabr
2022-ci il tarixində keçirdiyi şeir müsabiqəsi tədbirində qiraət etdiyi
şeirlər: 30 şairin Şuşa, Qarabağ haqqında olan
şeirləri yer alıb.
Layihənin məzmun və ideyasınin məktəblilərin
vətənpərvərlik ruhunda tərbiyə olunmasında, qiraətlərinin
formalaşmasında, asudə vaxtlarının səmərəli keçməsində əhəmiyyətli rolu var..
“Maarif” nəşriyyatında dərc olunan kitabın
layihə rəhbəri Xatirə Fərəcli,tərtibçisi Samirə Şaqavatova, redaktoru Şəbnəm Hüseynova,
korrektorları Sayalı Vasifqızı və Aytəkin Həmidlidir.
Kitablar müəlliflərə və kitabxanalara verilmək məqsədi ilə Sumqayıt şəhəri
Poeziya evinə verilmişdir.
“Mədəni İnkişafın Təbliği” İctimai Birliyinin mətbuat xidməti