“Mədəni İnkişafın Təbliği” İctimai Birliyinin sədri Xatirə Fərəclinin verdiyi məlumata görə “Mədəni İnkişafın Təbliği” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Mədəniyyət nazirliyi ilə əməkdaşlıq çərçivəsində “COVİD-19 pandemiyyası ilə bağlı əhali arasında müxtəlif vasitələrlə təbliğat işlərinin aparılması, aztəminatlı ailələrə sosial dəstəyin göstərilməsi” layihəsi çərçivəsində Qusar rayonunda yaşayan fiziki məhdudiyyətli və aztəminatlı 21 ailələrə ərzaq yardımı paylanıldı. Layihənin əsas məqsədini Covid-19 pandemiyası ilə mübarizə üzrə ictimai monitorinq və maarifləndirmə işlərinin həyata keçirilməsi, sosial cəhətdən ehtiyacı olan aztəminatlı ailələrin ərzaq yardımları ilə təmin olunması və psixoloji xidmət işinin aparılması təşkil edir.
Qusar şəhərində yerləşən “SABKO” marketdə siyahı üzrə ərzaqlar qutulara qablaşdırıldı, Qusar rayonunun 9 ucqar kəndində yaşayan azsaylı xalqlı hesab olunan ailələrə çatdırıldı. Təhvil–təslim prosesində “Mədəni İnkişafın Təbliği” İctimai Birliyin sosial işçisi Gülnarə Vəlixanlı iştirak edib.