«Mədəni İnkişafın təbliği” İctimai Birliyi “Evdə qal, Cəmiyyəti qoru” kampaniyasına qoşulub

Bu məlumatı qht.az-a “Mədəni İnkişafın təbliği” İctimai birliyinin sədri Xatirə Fərəcli verib.“Biz də bir təşkilat olaraq,  Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası və REAL TV-nin başlatdığı ölkəmizdə koronavirus epidemiyasının geniş yayılmasının qarşısının alınmasına ictimai dəstəyi təmin etmək məqsədilə “Evdə qal, cəmiyyəti qoru” adlı ictimai monitorinq və məlumatlandırma kampaniyasına qoşuluruq.   Həmişə ölkəmizin milli maraqlarını ön planda tutan QHT-lər və tərəfdaş qurumlarla birgə ölkəmizi ciddi şəkildə təhdid edən Koronavirusla mübarizədə bütün resursları səfərbər edərək Şuranın başlatdığı layihəni dəstəkləyəcək, xalqımızın təhlükəsizliyinin və sağlamlığının qorunması naminə üzərimizə düşən vəzifəni layiqincə yerinə yetirəcəyik”.