“Rəsmin sehirli dünyası” adlı “rəsm saatı” keçirildi

Bakı Şəhər Mədəniyyət  Baş İdarəsi Yasamal  rayon  Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının  Uşaq  şöbəsi “Rəsmin sehirli  dünyası” adlı “rəsm saatı” təşkil etdi. Uşaqların asudə vaxtının səmərəli keçirilməsi məqsədi ilə təşkil olunan tədbirdə uşaqlar rənglərin sehrli dünyasına səyahət  etdilər.

“Rəsm saatı” uşaqlarımızın yaradıcılığını, incəsənətə olan marağını üzə çıxarmaq üçün təşkil olundu. Fırçalar əllərdə, ideyalar könüldən süzüldü və hər bir şəkil bir hekayəyə çevrildi. Bu anlar sadəcə şəkil çəkmək deyil, hissləri ifadə etmək, birlikdə öyrənmək və əylənmək demək idi.

     “Rəsm saatı”na qatılan hər bir  uşağa təşəkkür edirik siz bu saatı rəngləndirdiniz!