Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş
Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında
həyata keçirilən “Milli Qəhrəmanlarımız” layihəsi çərçivəsində 2025-ci ildə
yubileyləri olan Milli Qəhrəmanlar haqqında növbəti videoçarx təqdim
olundu.
Vətən üçün canından keçən qəhrəmanlar heç vaxt unudulmur.
Onların mübarizəsi, Vətən sevgisi gənclərimiz üçün örnəkdir. Növbəti
beşinci videoçarxda şəhidlərimiz haqqında Ümummilli Lider Heydər
Əliyevin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sözləri
verilmişdir. Videoçarxda Milli Qəhrəmanlar Əjdər Babayevin, Əli
Məmmədovun, Sərdar Səfərovun, Əsəd Əhmədovun, Hidayət
Rüstəmovun, Fərhad Ağayevin, Arif Qədiməliyevin, Elnur Nuriyevin igidliyi
və şərəfli döyüş yolu, onların təltifləri və xatirələrinin əbədiləşdirilməsi
haqqında məlumatlar verilir.
Videoçarxdakı Milli Qəhrəmanlardan dörd nəfər Birinci Qarabağ
müharibəsində, bir nəfər Gəncə şəhərindəki qiyam yatırılan zaman (1994),
üç nəfər 13-17 mart (1995) tarixlərində dövlət çevrilişinə cəhdin qarşısının
alınması zamanı qəhrəmanlıq göstərmişdilər.
Videoçarx kitabxananın YouTube kanalında nümayiş olunur:
https://www.youtube.com/watch?v=NxynbTzhF4c