“Böyük şəhərin ziyalıları” adlı ədəbi- bədii gecə keçirilib

Şəhər Mədəniyyət Evi, Heydər Əliyev Mərkəzi ilə birgə Heydər Əliyev Mərkəzində xalq yazıçısı, ssenarist Maqsud İbrahimbəyovun anadan olmasının 90 illiyi münasibətilə “Böyük şəhərin ziyalıları” adlı ədəbi-bədii gecə keçirib.    Tədbirdən əvvəl Sumqayıt Dövlət Dram Teatrının baş rəssamı Nizami Dadaşovun əl işlərindən ibarət sərgi nümayiş olunub. Aparıcı Azərbaycan Yazıçılar Birliyində Multikultiral məsələlər üzrə məsul şəxs, şairə Xatirə Fərəcli yazıçı haqqında məlumat verib. Ssenariləri əsasında çəkilən “Bizim Cəbiş müəllim”, “Uşağlığın son gecəsi” filmlərindən kadrlar, ”Maqsud İbrahimbəyov” adlı videoçarx  nümayiş olunub. Müğənni Kərim Rəhmanov,  Zaur Yusiflinin  canlı ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Həmçinin tədbirdə “Veteranlar” xalq xoru mahnılar ifa edilbər.

 Abşeron-Xızı Regional Mədəniyyət idarəsinin məsləhətçisi Bayram Cəfərli  Maqsud İbrahimbəyovun   mədəniyyətimizə verdiyi töhfələrdən, belə tədbirlərin keçirilməsinin, sənət əsərlərinin təbliğinin əhəmiyyətindən danışıb.