Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında “Yaradıcı oxucularımız” layihəsi uğurla davam edir. Layihə çərçivəsində Mərkəzi Kitabxananın Fəxri oxucusu, türk əsilli şotland şairi Graham Riçard Smit oxuculara yeni şeirlərini təqdim etdi. Müəllifin “Əsrin dörddə birinin qeydləri” şeiri zamanın keçidini, insanlığın sınaqlardan keçərək qazandığı təcrübə və ümidləri poetik dillə əks etdirir. Şeir bir dövrün qapanışı və yeni başlanğıcın poetik salnaməsidir.
“Cənab Prezident” şeiri klassik (sestina) formasında yazılmışdır və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəaliyyətini poetik dildə tərənnüm edir. Şeirdə dövlət başçısının uzaqgörən siyasəti, xalqla birliyi və ölkənin inkişafına verdiyi töhfələr vurğulanır. Şeirdə əsas vurğular – liderlik, xalqın dəstəyi, inkişaf, birlik, sülh üzərində cəmlənmişdir.
“Xatirə qaçışı” şeiri Xocalı soyqırımına həsr olunmuş dərin emosional və metaforik bir əsərdir. Graham Riçard Smit bu poetik mətndə yaddaşın, ağrının və tarixi ədalətin səsini çağırır. Son misrada səslənən “Xocalını unutma, heç zaman, əsla, əsla!” çağırışı həm bir and, həm də kollektiv yaddaşa yazılmış ilahi bir nida kimi oxunur.
Tərcüməçi, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu, şair Zeynəb Cəmallədin şeirlərin lirikasını, ruhunu, poetik gücünü və təsirini, mənalarını qorumaqla yanaşı emosional gücünü də oxucya çatdırır.
Şeirlər aşağıdakı keçiddə yerləşdirilib: https://drive.google.com/file/d/1eGxylmsMKZZhxZ_b93MdAhcMyW5q-1ll/view?usp=drive_link