Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında “Yubileylər silsiləsi” layihəsi çərçivəsində rus ədəbiyyatında maarifçi realizmin görkəmli nümayəndəsi, rus məişət komediyasının banisi Denis İvanoviç Fonvizinin anadan olmasının 280 illiyinə həsr olunmuş videoçarx hazırlandı.
Videoçarxda D.İ.Fonvizinin həyat və yaradıcılığı haqqında məlumat verilmişdir. Videoçarxda qeyd olunur ki, yazıçı 1762-ci ildə Peterburq şəhərinə köçmüş, tərcüməçilik ilə məşğul olmuşdur. Videoçarxda yazıçının “Briqadir” məişət və “Nadan övlad” satirik komediyaları haqqında məlumat var. D.İ.Fonvizinin yaradıcılığı realist rus ədəbiyyatı və teatrın inkişafına güclü təsir göstərmişdir.
Videoçarx kitabxananın YouTube kanalında yerləşdirilmişdir: