Sumqayıt şəhəri Heydər Əliyev Mərkəzində Şəhər Mədəniyyət Evi, Heydər Əliyev Mərkəzi ilə birgə 15 Aprel Beynəlxalq Mədəniyyət Günü ilə əlaqədar “Bizi zənginləşdirən mədəniyyətimiz” adlı musiqili gecə keçirib. Aparıcı bədii qiraətçi Əliağa Tapdıq mədəniyyət gününün taixindən, Ümummilli Lider Heydər Əliyevin hakimiyyət illərində Azərbaycan mədəniyyətinə göstərdiyi xidmətlər barədə geniş məlumat verib.
Tədbirdə Əməkdar müəllim, Prezident təqaüdçüsü, şairə Ofeiya Babayeva, “Zərdabi poliqrafiya” nəşriyyatının direktoru Aydın Məlikov, Azərbaycan Yazıçılar Birliyində Multikultiral məsələlər üzrə məsul şəxs, şairə Xatirə Fərəcli, Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, yazıçı Almaz Ərgünəş Bəyazid, mədəniyyət işçiləri, kitabxanaçılar iştirak ediblər. Müğənnilərdən “Şəms”insturmental ansamblının solisti Niyaməddin Həmzəyev, “Veteranlar” xalq xoru, Kamil Ağazadə bir-birindən rəngarəng proqramlarla çıxış ediblər.




