“Mikelancelo Buonarrotinin – 550” adlı videoçarx hazırlandı

Bu gün, görkəmli  heykəltaraş, rəssam və memar, dünya mədəniyyət xəzinəsinə əvəzsiz əsərlər bəxş edən Mikelancelonun 550 illik yubileyi tamam olur. “Yubileylər silsiləsi” layihəsi çərçivəsində Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında “Mikelancelo Buonarroti – 550” adlı videoçarx hazırlandı.

Kitabxananın əməkdaşları Təranə Heydərovanın və Aysel Həsənovanın hazırladıqları videoçarx İtaliya heykəltaraşı, rəssamı, memarı və şairi, İntibah dövrü mədəniyyətinin ən görkəmli nümayəndələrindən biri Mikelancelo Buonarrotinin 550 illik yubileyinə həsr olunub. Videoçarxda Mikelancelonun həyatı və yaradıcılığı haqqında məlumat verilir. “Heykəllər”, “Rəsm əsərləri”, “Memarlıq” bölmələrində Mikelancelonun bir sıra əsərləri nümayiş olunur.

Videoçarx YouTube kanalında aşağıdakı keçiddə yerləşdirilib:

https://www.youtube.com/watch?v=iqic0o_8sF0