Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında general, artilleriya allahı Əliağa Şıxlınskinin 160 illik yubileyinə həsr olunmuş “Əliağa Şıxlınski – 160” adlı videoçarx hazırlandı.
Qeyd olunur ki, Azərbaycan Silahlı Qüvvələrinin 1918-1919-cu illərdə təşkilində Əliağa Şıxlinskinin müstəsna rolu olmuşdur. 50 ildən çox nizami orduda qüsursuz xidmət edən general Əliağa Şıxlinski həmişə birincilər sırasında olub. Azərbaycanın ilk hərbi generallarından olan Əliağa Şıxlınskinin fəaliyyəti videoçarxda verilmişdir.
Videoçarx kitabxananın YouTube kanalında yerləşdirilmişdir: