Şəhər Mədəniyyət Evi, Sumqayıt Tarix Muzeyi ilə birgə Xocalı soyqırımının 33- cü ildönümünə həsr olunan “Xocalıya gedən yol” adlı dəyirmi masa keçirib. Dəyirmi masa Azərbaycan Respublikasının Dövlət Himninın səslənməsi ilə başlanıb. Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Aparıcı Azərbaycan Yazıçılar Birliyində Multikultiral məsələlər üzrə məsul şəxs, şairə Xatirə Fərəcli Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək, böyüməkdə olan gənc nəslə Azərbaycan tarixi haqqında həqiqətləri çatdırmaq, məktəblilər, gənclər arasında milli vətənpərvərlik ruhunu yüksəltmək məqsədilə keçirildiyini söyləyib. Tədbirdə Şəhid anaları, şəhid atası, I Qarabağ müharibəsi veteranı rəssam Müşfiq Aslanov, Sumqayıt Tarix Muzeyinin direktoru v.m.i. edən Namiq Əliyev faciə barədə fikirlərini söyləyiblər. Sumqayıt Dövlət Dram Teatrının qurluşçu rəssamı Nizami Dadaşovun əsərləri nümayiş olunub. Xatirə Fərəcli “Xocalı”, “Əsir düşən qızcığaz”, ”Daha qürur zamanı” “Ay türk oğlu” adlı şeirlərini söyləyib. ”Xocalı qisası qiyamətə qalmadı” adlı videoslayt nümayiş olunub.








