Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası “Balaca Alim” Uşaq Bağçasında 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram tədbirində iştirak edib.
Uşaq şöbəsinin müdiri Sevil Namazova Yeni il haqqında uşaqlara məlumat verdi. O, həmrəylik gününün ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaqda, onların arasında birlik yaratmaqda mühüm rol oynadığını söyləyib.
Musiqi nömrələri ilə davam edən tədbirdə uşaqlar şeirlər söylədi, səhnəciklər göstərdi, rəqslər ifa etdilər.
Kitabxananın əməkdaşları körpə fidanları təbrik etdilər, onlara sovqatlar, bağçaya isə uşaq kitabları hədiyyə etdilər.