Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 4 nömrəli kitabxana filialı C.Cabbarlı adına 161 nömrəli tam orta məktəblə birgə “İslam dünyasının mədəniyyət paytaxtı” adlı tədbir keçirib.
Tədbirdə bildirilib ki, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsinin İslam mədəniyyətinin zənginliklərini dolğun təzahür etdirən Şuşaya xüsusi ehtiramın ifadəsidir və bu, İslam dünyasının həmrəyliyinin daha da genişləndirilməsində özünəməxsus rol oynayacaqdır. Digər çıxış edənlər Ulu Öndər Heydər Əliyevin xalqımızın mədəni irsinin qorunmasına və mədəniyyətimizin beşiyi Şuşaya xüsusi önəm verdiyini, bu gün bu siyasətin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən davam etdirildiyini qeyd ediblər.
Bədii hissədə Şuşa şəhərinə həsr olunmuş şeirlər səsləndirilib, kitab sərgisinə baxış keçirilib.