Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Qırmızı Kitab”ı səhifələyərək” adlı videoçarx hazırlandı.
“Qırmızı Kitab” Azərbaycan ərazisində nadir və nəsli kəsilmək təhlükəsi olan vəhşi heyvan və yabanı bitki növlərinin vəziyyəti haqqında rəsmi dövlət sənədidir. O, respublikanın bütün ərazisində, o cümlədən Xəzər dənizinin Azərbaycana aid olan hissəsində heyvan və bitki növlərinin vəziyyəti, yayılması və mühafizəsi tədbirləri haqqında məlumatları əks etdirir.
Videoçarxda “Qırmızı Kitab”ın 6 hissədən ibarət olması vurğulanır. Onun ilk dəfə nəşr olunduğu tarix haqqında məlumat verilir. Bildirilir ki, “Qırmızı Kitab”ın hər 10 ildən bir nəşr olunması nəzərdə tutulmuşdur. “Qırmızı Kitab”ın hər 3 nəşri haqqında məlumat verilmiş və son nəşrdə də nəsli tükənməkdə olan heyvan və bitkilərin sayının artdığı qeyd olunmuşdur.
İzləyicilər videoçarxla aşağıdakı linkə keçid alaraq baxa bilərlər: