“Uşaqların ailədə və cəmiyyətdə hüquqları”

     Yasamal rayon MKS-nin X.B.Natəvan adına 4 №-li kitabxana filialı C.Cabbarlı adına 161 №-li tam orta məktəbin 4-cü sinif şagirdləri ilə “Uşaq hüquqları aylığı” çərçivəsində “Uşaqların ailədə və cəmiyyətdə hüquqları” adlı maarifləndirmə tədbiri keçirdi.

     20 oktyabr – 20 noyabr tarixlərində Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində “Uşaq hüquqları aylığı”nın keçirilməsində məqsəd uşaqlara diqqətin artırılması və uşaq hüquqlarının qorunmasınıtəmin etməsidir.     Tədbirdə kitabxana filialının böyük kitabxanaçısı Hilanə Babayeva və məktəbin müəllimi Ülkər Süleymanova ölkəmizdə uşaq hüquqlarının qorunması istiqamətində görülən işlərdən, onların hüquqlarına zidd əməllərə qarşı aparılan mübarizədən danışdılar, şagirdlərə hüquqlarının pozulması hallarına qarşı barışmamalarını izah etdilər.        Şagirdlərdən Nemət Əhmədov, İlknur Musazadə, Həsən Cəfərli, Cahid Fərəcov və b. bildirdilər ki, ölkəmizdə uşaqlara dövlət tərəfindən daim diqqət və qayğı göstərilir, onların sağlamlığı, təlim-tərbiyəsi, təhsili sahəsində ardıcıl işlər görülür.