Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası 158 №-li tam orta məktəbdə “Müstəqilliyimiz əbədidir” adlı tədbir keçirdi.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Kitabxananın əməkdaşları İradə Hüseynova və Sevil Namazova Dövlət Müstəqilliyimizin Bərpası Gününün 33-cü ildönümü münasibətilə şagirdləri təbrik etdilər. Onlar vurğuladılar ki, ölkəmizin XX əsrdə iki dəfə müstəqillik qazanması xalqımızın istiqlal əzminin göstəricisidir. Azərbaycan həqiqi müstəqilliyinə məhz Ulu Öndər Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra qovuşdu, ölkəmiz sabitlik, inkişaf yoluna qədəm qoydu. 2003-cü ildən etibarən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qətiyyətli və uğurlu siyasəti nəticəsində Azərbaycanın müstəqilliyi qorundu, möhkəmləndi və yeni inkişaf mərhələsinə qədəm qoydu.
Sinif rəhbəri Zəmləkət Zamanova bildirdi ki, Milli Məclisin 2021-ci il oktyabrın 15-də qəbul etdiyi “Müstəqillik Günü haqqında” Qanuna əsasən, oktyabrın 18-i Müstəqilliyin Bərpası Günü və bayram günü elan edilmişdir.
Məktəbin 3a sinif şagirdləri vətənpərvərlik mövzusunda şeirlər söylədilər, rəqs etdilər və “Azərbaycanım” mahnısını ifa etdilər.


