Yasamal rayon MKS-nin X.B.Natəvan adına 4 №-li kitabxana filialı Telman Abbasov adına 225 №-li tam orta məktəbin 2-ci sinif şagirdləri ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Təbiəti qorumaq üçün nə etməliyik?” adlı tədbir keçirdi.
Filialın böyük kitabxanaçısı Hilanə Babayeva və məktəbin müəllimi Vüsalə Əsədova uşaqlarla söhbətdə “Yaşıl dünya naminə həmrəylik ili” və COP29 haqqında məlumat verdilər. Bildirildi ki, insanlar yeni ixtiralar edərkən çalışmalıdırlar ki, onlar təbiətə ziyan vurmasınlar. Uşaqlar öz çıxışlarında meşələri qırmağın, dənizlərə zibillər atmağın, havaya zəhərli maddələr buraxmağın təbiətə verdiyi zərərlərindən danışdılar.
Sonra uşaqlar sinif otağındakı dibçək güllərini suladılar. Təbiət mövzusunda müxtəlif şəkillər çəkildi.