Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Ə.Vahid adına 1№-li kitabxana filialında “COP29 və Azərbaycan üçün yaşıl baxış” adlı “İnformasiya saatı” keçirildi.
Kitabxana filialının müdiri v.m.i.e Aytən Məmmədova bu ilin noyabr ayında ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında Azərbaycanın hədəflədiyi həlledici məsələləri tədbir iştirakçılarının diqqətinə çatdırdı. Kitabxana əməkdaşı vurğuladı ki, COP29-un ölkəmizdə keçirilməsi yaşıl baxışın gücləndirilməsi, ekoloji durumun yaxşılaşdırılması və ən əsası turizmin inkişafına təkan verəcəyinə təminatdır.
“İnformasiya saatı”nda iştirak edən oxucular COP29-un işğaldan azad edilmiş ərazilərimiz üçün çox mühüm əhəmiyyət daşıdığını bildirdilər. Nəzrin Məmmədova qeyd etdi ki, 30 il düşmən tapdağı altında qalmış torpaqlarımızın yaşıl enerji ehtiyacının qarşılanması Azərbaycanın qarşısında duran vacib amillərdən birincisidir. İlyas Fərəcov ekoloji problemlərin insan sağlamlığına müsbət və mənfi təsirləri haqqında öz fikirlərini bölüşdü.