Bakı Zooparkında oxucularla gəzinti

Yasamal rayon MKS-nin 3 №-li kitabxana filialı fəal oxucularla birgə Bakı Heyvanat Parkına ekskursiya təşkil etdi.

         Ekskursiya zamanı bildirildi ki, respublikamızda heyvanların müdafiəsi sahəsində müxtəlif tədbirlər həyata keçirilir. Nəsli kəsilməkdə olan heyvanların adı Qırmızı Kitaba daxil edilib, onlar mühafizə olunur.

Kitabxana filialının müdiri Arzu Xudayarova qeyd etdi ki, heyvanlar yalnız təbiətin bir parçası deyil, onlar bizim ən sadiq dostlarımızdır. Azərbaycan təbii şəraitinə və heyvanlar aləminə görə zəngin ölkədir. Hazırda respublika ərazisində mövcud olan 206 heyvan növünün adı Qırmızı Kitaba daxil edilib.