Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar tədbir keçirildi

        Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1№-li kitabxana filialının əməkdaşları 5 oktyabr Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar Faiq Rzayev adına 150 nömrəli tam orta məktəbin IV sinfində tədbir təşkil etdilər.  

       Kitabxana filialının əməkdaşı Səidə Rəcəbova bildirdi ki, Beynəlxalq Müəllimlər Günü dünyanın 100-dən çox ölkəsində qeyd olunur. Ölkəmizdə də müəllimlər günü 1993-cü ildən böyük coşqu ilə qeyd edilir. O vurğuladı ki, bu bayram, həyatını xalqının işıqlı gələcəyinə həsr etmiş müqəddəs peşə sahiblərinin bayramıdır. Tədbirin davamında kitabxana filialının müdiri Mətanət Qasımova müəllimlərin əməyindən və onun qiymətləndirilməsindən söz açdı.  Bununla yanaşı müəllim Naibə Əliyarlı da mövzu ətrafında öz fikirlərini bildirdi. O qeyd etdi ki, müəllim əməyinin nəticəsində savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik olan insanlar yetişir.

    Tədbirin sonunda şagirdlər müəllim haqqında şeirlər söylədilər. Kitabxana filialının əməkdaşları müəllim Naibə Əliyarovanı təbrik etdilər, ona şərəfli peşə fəaliyyətində uğurlar arzuladılar.