Kitabxanaya kitablar hədiyyə olundu

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında həyata keçirilən “Kitabxanaya kitab hədiyyə edirik” layihəsi davam edir. Layihə çərçivəsində AYB-nin və AJB-nin üzvü, şair, yazıçı, publisist Mürvət Qədimoğlu Həkəri “Mən şəhid olmuşam ki…”, “Qayıt yurda, qayıt”, “Bağışlama məni, Vətən” və yazıçı-publisist Gülsüm Adilqzı “Şəhidsiz Vətən olmaz” kitablarını kitabxanaya hədiyyə etdilər.

Şair “Mən şəhid olmuşam ki…” kitabını şəhid, baş leytenant Adıgözəl Bəşirova həsr edib. Adıgözəl Bəşirov Birinci Qarabağ müharibəsində qəhrəmancasına şəhid olub. Kitab şəhidin döyüş yolundan danışır, burada Vətənə, şəhidə, Qarabağa aid şeirlər var. Şəhid haqqında qəzetlərdə verilən məqalələr də kitabda yerləşdirilib.

“Qayıt yurda, qayıt” kitabı müəllifin özünün 70 illik yubileyinə hədiyyəsidir. Kitab ziyalıların söylədikləri fikirlərlə başlayır. Kitabda müəllifin rəngarəng şeirləri və ”İtirilmiş dünyam” hekayə-dastanı yer alır. Şeirlər Vətənə, şəhidlərə, Zəfərə, Qarabağa, sevgiyə həsr olunub.

Şairin “Bağışlama məni, Vətən” kitabında diyarımızdan, anadan, dosluqdan, məhəbbətdən, şər və böhtandan bəhs edən şerilər toplanmışdır.

Gülsüm Adilqızının “Şəhidsiz Vətən olmaz” kitabı 44 günlük Vətən müharibəsində Azərbaycan ordusunu düşmən üzərindəki əldə etdiyi tarixi Qələbəyə, soydaşlarımızın işğaldan azad olunmuş əbədi doğma yurdlarına qayıdışlarına, aparılan quruculuq və bərpa işlərinə, tarixi Qələbəmizin əbədi olmasına həsr olunmuşdur. Kitabda Vətənimizn azadlığı, müstəqilliyi uğrunda canını, ruhunu qoymuş şəhid və qazilərin həyatından, mübarizəsindən, qardaş Türkiyənin azadlığı yolunda çarpışan, Azərbaycanın azadlıq savaşına qatılan türk qazi və şəhidləri haqqında da  məlumatlar  verilmişdir.

 Kitabda şəhid-qazi valideyinlərinin, qardaş və bacılarının yaşam tərzi, arzu və istəkləri təsvir olunmuşdur.

Kitabları Yasamal rayon MKS-nin kitabxanalarında mütaliə etmək olar.