1 oktyabr – Beynəlxalq Ahıllar Günüdür

Dünyada olduğu kimi, ölkəmizdə də hər il 1 oktyabrda Beynəlxalq Ahıllar Günü qeyd olunur.

Bununla əlaqədar, Yasamal rayon MKS-nin 1№-li və 3 №-li kitabxana filiallarının əməkdaşları ahıl oxucuların qonağı oldular, onların səhhəti, ailə və məişət problemləri ilə maraqlandılar.

Ə.Vahid adına 1№-li kitabxana filialının əməkdaşları  kitabxananın sevimli  oxucusu, evdə xidmət göstərdikləri  Solmaz Əliyevanın qonağı oldular. Kitabxanaçı Səidə Rəcəbova bu günün təsis edilməsi,  əsas məqsədi haqqında qısa məlumat verdi. O bildirdi ki, ahıllarımıza dövlət və cəmiyyət tərəfindən daim diqqət və qayğı göstərilir. Kitabxanaçı ahıl oxucunu gül dəstəsi ilə təbrik etdikdən sonra, ona istədiyi kitabları təqdim etdi.

 3 №-li kitabxana filialının müdiri Arzu Xudayarova kitabxananın ahıl oxucuları Zərifə Qasımovanı və Validə Şirinovanı ziyarət edərək, onlara kitab hədiyyə etdi. O, görüşdə  Beynəlxalq Ahıllar Gününün ölkəmizdə 1993-cü ildən qeyd olunduğunu nəzərə çatdıraraq, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin ahıl insanlara, onların problemlərinə həmişə böyük diqqət və qayğı ilə yanaşdığını vurğuladı.

Uzun və mənalı ömür yolu keçmiş, yiyələndiyi ixtisas və sahib olduğu peşə üzrə zəngin həyat təcrübəsi toplamış, nümunəvi fəaliyyəti və şəxsi keyfiyyətləri ilə bu gün cəmiyyətdə kifayət qədər tanınan yaşlı insanlar çoxdur.

Ahıllar diqqət və qayğıya görə kitabxanaçılara təşəkkürlərini bildirdilər.