Yasamal rayon MKS-nin A.Şaiq adına 2 №-li kitabxana filialı Telman Abbasov adına 225 №-li tam orta məktəbdə Azərbaycanda keçiriləcək COP29 ilə əlaqədar “Təbiətin insan həyatında rolu” adlı sərgi-söhbət keçirdi.
A.Şaiq adına 2 №-li kitabxana filialının müdiri v.m.i.e. İradə Hüseynova Azərbaycanda bu il keçiriləcək COP29 ilə əlaqədar şagirdlərə məlumat verdi. O bildirdi ki, hazırda iqlim dəyişmələri dünyanı narahat edən qlobal problemlərdən biridir. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçiriməsi ilə əlaqədar ölkəmizdə böyük işlər görülür. Təbiətin insan həyatında rolu çox böyükdür. Təbiəti qorumaq, sağlam gələcəyimizdir.
Məktəbin şagirdləri vurğuladılar ki, iqlim dəyişiklikləri və onların canlı aləmə təsiri çox böyükdür. Ətraf mühiti çirkləndirməkdən uzaq olub, çoxlu ağaclar əkib, yaşıllıqları coxaltmaq lazımdır.