“COP29 nədir?” adlı tədbir keçirildi

Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Ə.Vahid adına 1 №-li kitabxana filialının əməkdaşları Telman Abbasov adına 225 №-li tam orta məktəbin X sinif şagirdləri üçün “COP29 nədir?” adlı tədbir keçirdilər. 

Tədbirdə kitabxana filialının müdiri v.m.i.e Aytən Məmmədova COP29 haqqında məlumat verərək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29 sessiyasının paytaxtımızda keçiriləcəyi ilə əlaqədar qəbul edilən qərarın vacibliyini şagirdlərin diqqətinə çatdırdı. O bildirdi ki, belə nüfuzlu bir tədbirin həyata keçirilməsinə dair ev sahibliyi üçün ölkəmizin seçilməsi həqiqətən qürurvericidir. Bu həm Azərbaycan xalqının, həm də Prezident Ali Baş Komandan, İlham Əliyevin növbəti qələbəsidir. 

Tədbirdə məktəbin coğrafiya müəllimi Sevda İsmayılova COP29-un sadəcə ekoloji problemlərin müzakirəsi üçün deyil, eyni zamanda, ekoloji problemlərin həlli istiqamətində də mühüm addımların atılacağı böyük bir forum olacağını qeyd etdi. O, COP29-un əsas prioritetlərindən, ölkəmizin yaşıl enerjiyə keçidlə bağlı təşəbbüslərindən və ən önəmlisi ölkəmizin bu sahədə də dünyaya nümunə olaraq özünü təsdiq edəcəyindən əminliklə danışdı.

         Tədbir zamanı kitabxanaçı Səidə Rəcəbova mövzu ilə əlaqədar şagirdlər arasında sorğu keçirdi. Şagirdlər COP29-la bağlı verilən sualları cavablandırıb, tədbirin məqsədi və gələcəyimiz üçün əhəmiyyəti haqqında öz fikirlərini bölüşdülər.