Yasamal rayon MKS-nin A.Şaiq adına 2 №-li kitabxana filialı 121 saylı Körpələr Evi – uşaq bağçasının məktəbəhazırlıq qrupunda “Biz kitabla birlikdə yüksəlirik!” adlı tədbir keçirdi.
Tədbir “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nın icrası ilə əlaqədar təşkil olunmuşdur.
Tədbirdə A.Şaiq adına 2 №-li kitabxana filialının müdiri v.m.i.e. İradə Hüseynova uşaqlara “Kitabsevər uşaqlar” səhifəsi haqqında məlumat verərək bildirdi ki, səhifənin ideya müəllifi tarix üzrə fəlsəfə doktoru, Fəxri mədəniyyət işçisi, Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Lətifə Məmmədovadır. Layihənin əsas məqsədi kitaba və mütaliəyə olan marağı artırmaqdır. Bütün yaş həddində olan uşaqlar arasında keçirilən layihə onların mütaliəyə marağını gücləndirmək, onları həvəsləndirmək məqsədilə gerçəkləşdirilir.
Uşaq bağçasında məktəbəhazırlıq qrupunun müəllimi İlhamə Hüseynova insan həyatında kitabların rolu haqqında fikirlərini bölüşdü, belə tədbirlərin mütəmadi təşkil olunmasını vurğuladı.
Məktəbəhazırlıq qrupunun uşaqları “Qoğal” nağılından səhnəciklər göstərdilər və şeirlər söylədilər.
Tədbirdə kiçikyaşlı fidanlara kitablar hədiyyə olundu.