Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Uşaq şöbəsi 21 sentyabr – Beynəlxalq Sülh Günü ilə əlaqədar “Dünyamıza sülh gərəkdir” adlı videoməlumat hazırladı.
Videoməlumat Ulu Öndər Heydər Əliyevin sülh haqqında dediyi fikirləri ilə başlayır.
BMT-nin Baş Assambleyasının 1981-ci il 30 noyabr tarixli qərarı ilə hər il sentyabrın 21-i Beynəlxalq Sülh Günü kimi qeyd edilir.
Sülh Azərbaycanın dövlət siyasətinin tərkib hissəsidir və bu siyasətin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Hazırda bu siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ardıcıl surətdə davam etdirilir.
Videoməlumatda bildirilir ki, 21 avqust-21 sentyabr “Sülh aylığı” çərçivəsində ölkəmizdə müxtəlif tədbirlər keçirilir.
Videoməlumata aşağıdakı keçiddə baxa bilərsiniz: