Kitabxanaya Beynəlxalq layihə çərçivəsində Aral dənizi haqqında hekayə təqdim edildi

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin   M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar həyata keçirilən “Təbiətə valeh olanlar” Beynəlxalq layihə uğurla həyata keçirilir.

Layihə çərçivəsində oxuculara və kitabxana istifadəçilərinə təbiət, flora və fauna, su ehtiyatları, iqlim və s. haqqında hekayələr, nağıllar, əfsanələr, şeirlər təqdim olunur.

         Bu dəfə oxuculara Belarus şairi, yazıçı-publisist və tərcüməçi İrina Qurskayanın Aral dənizi haqqında “Mümkünsüzlüyə aparan yol” hekayəsi təqdim olunur.

Aral dənizi bir vaxtlar dünyanın dördüncü ən böyük gölü idi, lakin indi bu təbii su hövzəsi demək olar ki, quruyub. Hələ 1960-cı illərdə Aral dənizinin səviyyəsi və oradakı suyun həcmi azalmağa başlayıb.1989-cu ildə dəniz iki su hövzəsinə — Şimal (Kiçik) və Cənubi (Böyük) Aral dənizinə bölündü. 2014-cü ildə Cənubi Aral dənizinin şərq hissəsi tamamilə qurudu.

      Uşaqlıqda Qırğızıstana səfər gələcək yazıçıda-hekayənin müəllifində böyük təəssürat yaratdı. Təbiətin unudulmaz gözəlliyi, insanların mehribanlığı və müdrikliyi, onların arasında olarkən xüsusi döğmalıq hiss etdi. İlk dəfə təyyarədə olan uzun səyahət də heyrətamiz idi. Orta Asiyanın əsrarəngiz mənzərələri, Xəzər və Aral dənizləri, çay arteriyaları, dağlar və düzənliklər bir uşağın gözü önündə əsrarəngiz və sirli bir mənzərə idi.

            Yaşlı vaxtlarında isə Aral dənizinin quruduğunu öyrənmək kədərli oldu. Qarşılaşdığı mənzərələr gözlənilməz və üzücü idi. Müəllif inanmaq istəyir ki, sağalmaq üçün hələ də ümid var.

            İ.Gurskayanın hekayəsi aşağıdakı keçiddə yerləşdirilib: https://drive.google.com/file/d/1olG42cHluDLUTYTXzjkAoI5Foq-MZCv7/view