COP29-la bağlı videotəqdimat hazırlandı

Yasamal rayon MKS-nin Ə.Vahid adına 1 №-li kitabxana filialının Fəxri oxucusu Nəzrin Məmmədova COP29-la bağlı videotəqdimat hazırladı.

         Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP) hər il keçirilir və sədrlik BMT-nin beş regionu arasında rotasiya olunur. Videotəqdimatda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı adlanan COP-un tarixi haqqında izləyicilərə məlumat verilir.

Oxucu COP-un fəaliyyətindən, əsas  missiyasından və bu qurumda təmsil olunan ölkələrdən məlumat verir. Oxucu həmçinin COP29-un könüllülük proqramının əsas məqsədi gənclərlə əməkdaşlıq işinin təşkili, seçim və təlimlər prosesi zamanı bir araya gələn uğurlu komandaların əməyinin qiymətləndirilməsi haqqında informasiya təqdim edir.