Yasamal rayonunun kitabxanaları 15 Sentyabr — Bilik Günü münasibəti ilə bağlı tədbirlər keçirdilər

        Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası və kitabxana filialları 15 Sentyabr – Bilik Günü ilə bağlı “Ilk dərs günü” adlı tədbirlər keçirdilər.

       Uşaq şöbəsinin müdiri Sevil Namazova və 3 №-li filialın müdiri Arzu Xudayarova 158 №-li tam orta məktəbdə çıxış edərək bildirdilər ki, bu əlamətdar gün Prezident İlham Əliyevin 2004-cü il 21avqust tarixli Fərmanına əsasən təsis edilib. Bilik günü məktəb həyatına qədəm basan şagirdlər üçün səbirsizliklə sevinc və həyacanla gözləninən, xüsusi qayğı və məmnuniyyətlə, təntənəli şəkildə qarşılanacaqları bir gündür.  Onlar    Bilik Günü münasibətilə məktəbliləri və müəllimləri təbrik etdi, onlara yeni dərs ilində uğurlar arzuladı və Ümummilli Lider Heydər Əliyevin ideyaları, təməlini qoyduğu nəhəng quruculuq işləri ondan sonra Ulu Öndərin layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən böyük qətiyyət və uğurla həyata keçirilir. Sinif rəhbəri Sinyora Məmmədova ilk dərs saatında mədəniyyət və idmanın həyatımızda olan rolundan danışdı.

       2 və 3 №-li kitabxana filialları T.Abbasov adına 225 nömrəli tam orta məktəbin 1c sinfində “İlk dərs və Bilik Günü” adlı tədbir keçirdilər. Tədbirdə  A.Şaiq adına 2 №-li kitabxana filialının müdiri v.m.i.e. İradə Hüseynova, 4 №-li filialın böyük kitabxanaçısı Hilanə Babayeva, məktəbin direktoru Sevda Eminova,  müəllimlər və şagirdlər iştirak etdilər. Kitabxana filialının müdiri v.m.i.e. İradə Hüseynova öz çıxışını Ulu Öndər Heydər Əliyevin sözləri ilə vurğuladı: “Cəmiyyət təhsilsiz inkişaf edə bilməz”. Kitabxana əməkdaşı Hilanə Babayeva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən təhsilə və təhsil işçilərinə göstərdiyi böyük diqqət və qayğıdan söz açdı. Sonda kitabxananın əməkdaşları, məktəbin direktoru Sevda Eminova və sinif rəhbəri Gülnarə Abbasova 15 sentyabr “Bilik Günü” münasibətilə ilk dəfə məktəbə qədəm qoyan birinciləri təbrik edib, dərslərində uğur və müvəffəqiyyətlər arzuladılar.

     Tədbirlərdə şagirdlər şeirlər səsləndirdilər, vətənpərvərlik mövzusunda və məktəb həyatından bəhs edən mahnılar ifa etdilər.