“Təbiətə valeh olanlar” adlı tədbir keçirildi

Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Uşaq və Metodika və biblioqrafiya şöbələri “Təbiət haqqında yazan yazıçılar və şairlərin əsərləri ilə tanışlıq” adlı tədbir keçirdilər.

Tədbirdə kitabxananın əməkdaşları Sevil Namazova və Aysel Həsənova şair, dramaturq, tərcüməçi Abbas Səhhət, Abdulla Şaiq və İlyas Tapdığın təbiət haqqında yazdığı şeirlər, əsərlər haqqında uşaqlara məlumat verdilər. S.Namazova təbiət aşiqi Mikayıl Rzaquluzadənin əsərləri ilə uşaqları tanış etdi.

Təbiət haqqında yazan yazıçılar və şairlərin əsərləri ilə tanışlıqda 158, 225 nömrəli tam orta məktəbin və AMK tərkibində İncəsənət Gimnaziyasının 3, 5, 6-cı sinif şagirdləri iştirak edirdi. Uşaqlar A.Səhhətin “Yay”, “Payız çağında”, A.Şaiqin “Meşə gözətçisi”, “Bahar” və digər şeirlərini oxudular.