“Biz bütöv yer üzündə sülhün tərəfdarıyıq!” adlı videoçarx hazırlandı

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında 3 sentyabr – Terrorizmlə Mübarizədə Həmrəylik Günü ilə əlaqədar “Biz bütöv yer üzündə sülhün tərəfdarıyıq!” adlı videoçarx hazırlandı.

Mərkəzi Kitabxananın əməkdaşları Aysel Həsənova və Günay Qululunun hazırladığı videoçarxda bildirilir ki, terrorizm müasir dövrdə bütün dünya ictimaiyyətini narahat edən qlobal təhlükəyə çevrilmişdir. Azərbaycan terrorizmlə mübarizədə beynəlxalq birliyin səylərini tam müdafiə etməklə siyasi, iqtisadi, dini və digər motivlərdən asılı olmayaraq, terrorizmin bütün forma və təzahürlərinə qarşı barışmaz mövqe tutur.

Dünyada terrorizm pislənir və sülhə çağırışlar edilirsə, dinc sakinlərin, qocaların, qadınların və körpə uşaqların qətlə yetirilməsinə biganəlik göstərilməməlidir.

Videoçarx kitabxananın YouTube kanalında nümayiş olunur.