Yasamal rayon MKS-nin A.Şaiq adına 2 №-li kitabxana filialı 94 nömrəli Körpələr evi-uşaq bağçasında “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində bağçanın həyətyanı sahəsində “Ağacların ətraf mühitə faydası” adlı tədbir keçirdi.
Tədbir eyni zamanda “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nın icrası ilə əlaqədar təşkil olunmuşdur.
Tədbirdə A.Şaiq adına 2 №-li kitabxana filialının müdiri v.m.i.e. İradə Hüseynova uşaqlara Ulu Öndər Heydər Əliyevin sözlərini xatırlatdı: “Hər bir insan ağac əkməlidir, becərməlidir, böyütməlidir”.
İradə Hüseynova uşaqlara izah etdi ki, ağaclar havanı təmizləyir, sular üçün filtr rolunu oynayır və 80% heyvanların evidir. Ağaclar havadan karbon qazını götürərək, bizi oksigenlə təmin edir.
Kitabxananın əməkdaşı Dəniz Vətəni və müəllim Esmira Quliyeva uşaqlara bildirdilər ki, ağac əkmək faydalıdır və təbiətin gələcək nəsillərə sağlam ötürülməsi üçün vacibdir.
Balaca fidanlar kitabxanaçıların və müəllimlərin köməyi ilə ağacların əkilməsində fəallıq göstərdilər.