“Ucadan mütaliə edək” adlı “Mütaliə saatı” təşkil olundu

Yasamal rayon MKS-nin A.Şaiq adına 2 №-li kitabxana filialında “Ucadan mütaliə edək” “Mütaliə saatı” keçirildi.

         Tədbirdə kitabxana filialının müdiri v.m.i.e İradə Hüseynova və kitabxananın əməkdaşı Gülyaşa Şükürova bildirdilər ki, insanın kamilləşməsində, dünyagörüşünün formalaşmasında və bilik dairəsinin genişlənməsində mütaliə çox böyük əhəmiyyət kəsb edir. Mütaliə edən insan sahib olduğu məlumatların yarıdan çoxunu oxumaqla əldə etmiş olur.

        Kitabxananın əməkdaşları uşaqlara Gülzar İbrahimovanın “Qoğal” (Norveç qoğalı),“Trolların sirri”, Yuliya Kərimovanın “Kirpimin yolu”, Ramiz Rövşənin “Gəl dost olaq, qurbağa” və s. nağıllar oxudular. Gülzar İbrahimovanın “Qoğal” (Norveç qoğalı) oxucuların marağına səbəb oldu, onlar bu nağılı böyük həvəslə oxuduqlarını bildirdilər.

     Tədbirdə oxunan kitablar haqqında ətraflı məlumat verildi və oxucuların çoxsaylı sualları cavablandırıldı.