Yasamal rayon MKS-nin A.Şaiq adına 2 №-li kitabxana filialı bir qrup oxucularla “Uşaqlara Zəfər haqqında oxuyuruq” adlı tədbir keçirdi.
Torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə A.Şaiq adına kitabxana filialının müdiri v.m.i.e. İradə Hüseynova uşaqlara Azərbaycan dövlətinin və xalqının tarixinə müqəddəs şəhid qanı ilə yazılan böyük Zəfər və Qələbədən danışdı. O bildirdi ki, Azərbaycan Ordusu 30 illik həsrətimizə son qoydu, torpaqlarımızı erməni işğalçılarından azad etdi. Xalqımızın birliyi, ordumuzun rəşadəti, ölkə başçısının qətiyyəti nəticəsində əldə olunan Qələbə Azərbaycan tarixinin şanlı salnaməsidir. Bu tarixi qanı ilə yazan şəhidlərin xatirəsi daima qəlblərdə yaşayacaq.
Uşaqlarla birgə Zəfər haqqında diskussiya aparıldı. Onlar Solmaz Şirinin ”Zəfər günün mübarək, anam Azərbaycanım” və Cavanşir Atəşin “Tarixi Zəfər!” şeirlərini söylədilər.
Tədbir “Bütün torpaqlarımız işğaldan azad oldu! Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin!” şüarı ilə sona çatdı.
Tədbirin sonunda uşaqlara kitablar hədiyyə olundu.