Yasamal rayon MKS-nin kitabxana filiallarında 1 avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ilə əlaqədar tədbirlər keçirildi.
A.Şaiq adına 2 №-li kitabxana filialı 94 nömrəli Körpələr evi-uşaq bağçasında “Dilimiz və əlifbamız – milli sərvətimizdir” adlı tədbir keçirdi.
Tədbir “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nın icrası ilə əlaqədar təşkil olunmuşdur.
Tədbirdə A.Şaiq adına kitabxana filialının müdiri v.m.i.e. İradə Hüseynova və kitabxananın əməkdaşı Dəniz Vətəni bu əlamətdar günü uşaqların sevinclə qarşıladığını qeyd etdilər.
Q.Musabəyov adına 3№-li kitabxana filialının “SA kids academy” Tədris Mərkəzində keçirilən tədbirində kitabxana filialının müdiri v.m.i.e. Şəhla Ömərova və kitabxananın əməkdaşı Sənubər Quliyeva Azərbaycan dilinin gözəlliklərindən danışdılar.
X.B.Natəvan adına 4 №-li kitabxana filialının 94 nömrəli Uşaq baxçasının məktəbəqədər hazırlıq qrupunda keçirdiyi tədbirdə isə kitabxana filialının əməkdaşı Hilanə Babayeva uşaqları Azərbaycan əlifbası ilə bağlı olan “Baxçadan məktəbə” şəkilli jurnalı ilə tanış etdi.
Tədbirlərdə uşaqlarla diskussiya aparıldı, onlar şeirlər söylədilər, maraqlı oyunlar təqdim etdilər.
Kitabxana əməkdaşları balaları bu gözəl bayram münasibəti ilə təbrik etdilər, dünyanın bütün uşaqlarına sülh, əmin-amanlıq, sağlamlıq və xoşbəxt gələcək arzuladılar.

