Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ilə əlaqədar tədbir keçirildi

Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Q.Musabəyov adına 3 saylı kitabxana filialının əməkdaşları “SA kids academy” Tədris Mərkəzində “Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” ilə əlaqədar tədbir keçirdilər.

        Tədbirin açılışında kitabxana filialının müdiri v.m.i.e. Şəhla Ömərova Azərbaycan dilinin gözəlliklərindən danışdı. O qeyd etdi ki, dil millətin simasını səciyyələndirən amillərdən biri, onun milli sərvətidir. Bu gün Azərbaycan dilinin dövlət statuslu dillər arasında olması, bu dilin mənəvi dirilik atributuna çevrilməsi yolunda böyük fədakarlıqlar göstərmiş Ümummilli Lider Heydər Əliyevə minnətdar olmalıyıq.

Kitabxananın əməkdaşı Sənubər Quliyeva uşaqlarla dilimizin saflığının qorunması barədə ətraflı söhbət apardı.

         Tədbirin sonunda tədris mərkəzinin müəllimi Nübar Əyyublu kitabxananın əməkdaşlarına öz təşəkkürlərini bildirdi.